Haqqımızda
Avtopark.az-saytı 2011-ci ilin sentyabr ayından etibarən fəaliyyət göstərir.Bu saytın yaranmasında məqsəd,avtomobil alıcılarının daha asan yoldan istifadə edərək avtomobillərini tez yolla satmağını təmin etməkdir.Avtopark.az-ın qarşısına qoyduğu məqsədlərdən ən ümdəsi satıcıların və alıclıarın rəğbətini qazanmaqdır.Bizim fərqimiz xidmetimizdədir.Siz müştərilərimiz üçün rahat dizayn hazırlamışıq ki istədiyiniz avtomobili rahat bir şəkildə axtarıb tapa biləsiniz.Satıcılarımız üçünsə rahat, qeydiyyat sistemi və ən əsası “avtomobil əlavə”sistemi yaratmışıq.Bu sistemlə siz rahat bir şəkildə öz avtomobilinizi sayta əlavə edə bilərsiniz.Bu biznesdə yeni olmağımıza baxmayaraq gündən-günə daha da çox inkişaf edərək bir az daha möhkəm iradəylə öz işimizdən tutunmuşuq. Avtopark.az saytının təsiscisi olan Performance Center haqqında qısaca melumat vermek isteyirik.
Performance Center şirkəti 1998-ci ildə ABŞ istehsalı olan Chevrolet və Cadillac avtomobillərinin Azərbaycandakı rəsmi dileri kimi fəaliyyətə başlayıb. 2004-cü ilin sentyabr ayından etibarən “GM AVTOVAZ” şirkəti ilə bağlanmış diler müqaviləsinə əsasən Rusiya istehsalı olan Chevrolet Niva avtomobillərini təqdim edir.
2006-ci ilin fevral ayından etibarən “Performance Center” Şirkəti Koreya istehsalı olan Chevrolet avtomobillərin sifarişinə və satışına başlayıb.
Performance Center həmçinin bu avtomobillərin texniki xidməti və ehtiyat hissələrinin sifarişi ilə məşğuldur. Xaricdə təhsil almış ustaları və texniki xidmət işçiləri ilə məşhurlaşan servis mərkəzi öz qapılarını nəinki General Motors avtomobillərinə, həmçinin bütün avtomobillər üçün açmışdır.
Performance Center Şirkəti Azərbaycan bazarında avtomobillərə olan tələbatın artması səbəbindən avtomobilə ehtiyacı olan hər kəs üçün avtopark.az saytını təsis etmişdir. Burada əsasən internet vasitəsi ilə öz vasitələrini satmaq və ya satılan bir vasitəni almaq ücün muraciət etmək olar.
Dünya inkişaf edir, elektronlaşma davam edir,Və biz hər kəsə kompüter vasitəsilə istədiyi avtomobili əldə etmək üçün avtosalonlara getmədən rahat bir şərait yaradırıq. Daima inkişafda olan və alıcıların artan tələbatları ilə ayaqlaşan Performance Center Şirkəti virtual aləmdə də alıcıları düşünərək bir virtual şəbəkə yaradıb sizlərin ixtiyarına təqdim edir.
Performance Center OfisləriBakı şəhəri, H. Zərdabi pr. 88
tel: 012 / 050 433 48 88
Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi, 2-ci km
tel: 050 270 41 00 / 050 270 41 77
Lənkəran şəhəri, Ləvəngi dairəsi
tel: 050 270 42 00
Masallı şəhəri, Seybətin dairəsi
tel: 050 545 00 79
Tovuz şəhəri, Petrotal yanacaq doldurma məntəqəsi
tel: 050 517 62 50
Şəki şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi 1
tel: 050 270 41 33

