Chevrolet Bakı
Bütün CHEVROLET BAKU avtomobilləri
Sizə Performance Center haqqında qısa məlumat vermək istəyirik. Adıçəkilən şirkət 1998-ci ildə ABŞ istehsalı olan Chevrolet və Cadillac avtomobillərinin Azərbaycandakı rəsmi dileri kimi fəaliyyətə başlayıb. 2004-cü ilin sentyabr ayından etibarən isə “GM AVTOVAZ” şirkəti ilə bağlanmış diler müqaviləsinə əsasən Rusiya istehsalı olan Chevrolet Niva avtomobillərini təqdim edir. 2006-ci ilin fevral ayından etibarən “Performance Center” Şirkəti Koreya istehsalı olan Chevrolet avtomobillərin sifarişinə və satışına başlayıb. Sözügedən avtomobillərə, modelindən asılı olaraq bütün zavod qüsurlarına maksimum 3 il və ya 100 000 km zəmanət verilir. Performance Center həmçinin bu avtomobillərin texniki xidməti və ehtiyat hissələrinin sifarişi ilə məşğuldur. Xaricdə təhsil almış ustaları və texniki xidmət işçiləri ilə məşhurlaşan servis mərkəzi öz qapılarını nəinki General Motors avtomobillərinə, həmçinin bütün avtomobillər üçün açmışdır. Sərfəli texniki xidmət tarifləri, yaradılmış iş şəraiti, işçilərin sifarişçilərlə davranış səviyyəsinin yüksək olması müştəriləri tamamilə razı salır.
Performance Center Şirkəti Azərbaycan bazarında avtomobillərə olan tələbatın artması səbəbindən avtomobilə ehtiyacı olan hər kəs üçün avtopark.az saytını təsis etmişdir. Burada əsasən internet vasitəsi ilə öz vasitələrini satmaq və ya satılan bir vasitəni almaq ücün muraciət etmək olar. Dünya inkişaf edir, elektronlaşma davam edir, və biz hər kəsə kompüter vasitəsilə istədiyi avtomobili əldə etmək üçün avtosalonlara getmədən rahat bir şərait yaradırıq. Daima inkişafda olan və alıcıların artan tələbatları ilə ayaqlaşan Performance Center Şirkəti virtual aləmdə də alıcıları düşünərək bir virtual şəbəkə yaradıb sizlərin ixtiyarına təqdim edir.
Performance Center Bakı şəhəri:
H. Zərdabi pr. 88
Tel: 012 / 050 433 48 88

