Təminat
Alınan avtomobilin daha əvvəl hər hansı bir qəza keçirmiş olması arzu olunmazdır. Bu və başqa səbəblərə görə avtomobili alarkən mütləq bu sahənin peşekarları tərəfindən yoxlanılması şərtdir. Adətən işlənmiş maşın alarkən öz tanıdığımız və bu sahədə nisbətən bizdən daha çox səriştəsi olduğuna inandığımız insanlardan köməklik istəyirik. Nəticədə avtomobili seçib alırıq və sonradan başqa problemlərlə üzləşirik. Xüsusilə də qeyri peşəkar ustaların müsbət rəy verməsi daha sonradan artan xərclərlə bizi üz-üzə qoya bilməkdədir. Sonradan qarşılaşılan ən yayğın problemlərdən bir neçəsinin içində avtomobildən xoş olmayan səslərin gəlməsi, sükanda yaranmış nasazlıq, əyləclərdə zəiflik və hətta tutmama, dəmirin korroziyası və s. saymaq olar. Ona görə də avtomobili alarkən yoxlamaq lazımdır.
AvtoPark.az bu sahədə bir ilki gerçəkləşdirərək “General Motors”-un Azərbaycanda rəsmi dileri olan “Performance Center” şirkətinin xaricdə təhsil almış peşəkar ustaları tərəfindən aldığınız və ya satdığınız avtomobilinizin tam diaqnostikasını həyata keçirməyi təmin edir.
Arzu olunarsa nasaz hissələrin təmiri üçün yenə də bu sahədə təcrübəli ustalardan dəstək ala bilərsiniz. Siz burda ustaların ənənəvi və qol gücünə dayanan davranışlarının əksinə tam müasir və kompüterlə təchiz edilmiş avadanlıqlar ilə işləyən və problemləri çox dəqiqliklə aşkarlayıb aradan qaldıran ustalarla tanış olacaqsınız.

Performance Center-in elektrik bölməsi General Motors, Chrysler, Mercedes, BMW, Opel və s. avtomobillərin diaqnostika avadanlıqları ilə təchiz olunmuşdur. Bölmədə VDO və Drive Right şirkətlərinin sertifikatlarına yiyələnmiş və bu avadanlıqların avtomobilllərə quraşdırılmasını və təmirini həyata keçirən mütəxəssislər çalışırlar.
Servisdə kondisioner siteminə xidmət üçün xüsusi avadanlıqlar, mühərrik analizi üçün Sun 4000 avadanlığı da mövcuddur.
Rəngsaz və dəmirçi bölməsində xaricdən gətirilmiş müasir alətlərdən, rəngləmə işlərində Almaniya istehsalı olan rəng materiallarından, İtaliya istehsalı olan yeni boyama kameralarından istifadə olunur. Avtomobildə olan əzilmiş aliminum detalların aliminum qaynaq vasitəsilə təmiri həyata keçirilir. Yeni rənglənmiş avtomobillərin boyasının qurudulması xüsusi infra qırmızı (infrared) qurutma aparatı vasitəsi ilə rəngi içəridən çölə doğru qurudur. Bundan əlavə həmçinin avtomobillərin çətin təmir olunan hissələrinin içəri üzlüklərinin sökülmədən təmiri üçün xüsusi avadanlıqlar da mövcuddur.
Avtomobilin qəzaya düşdüyünü tam olaraq diaqnostikasını aparan avadanlıq Azərbaycanda sadəcə Performance Center tərəfindən təqdim olunur.
Caroliner adı verilən bu kompyuter ölçmə sistemi sayəsində həmçinin zədələnmiş avtomobili tam zavod keyfiyyəti ilə təmir etmək mümkündür. Sistemdə hər bir avtomobilin banındakı nəzarət nöqtələrinin fotoşəkilləri vardır. Avtomobilin banı əzilərək deformasiyaya uğradıqda kompyuter sistemi bu nəzarət nöqtələrinin köməyi ilə deformasiyanın diaqnostikasını aparmaqla onun yerini müəyyən edə bilir. Həmçinin dartma və sıxma işləri apardıqda monitorda nəzarət nöqtələrinin yerdəyişməsini müşahidə etməklə deformasiyanın aradan qaldırılmasını işini yüksək dəqiqliklə həyata keçirmək mümkündür. Sistem sürətli diaqnostika aparmağa və avtomobilin banındakı nəzarət nöqtələrinin ölçülərini bərpa etməyə qadirdir. Zavodda avtomobilin banına quraşdırılmış sensorların vasitəsilə Caroliner aparatı avtomobilin banındakı zədələri (deformasiyaları) o qədər dəqiq təmir edir ki, avtomobil hətta aparatdan endirildikdə belə onun üzərində maillik işləri aparmağa ehtiyac qalmır. Bu kompyuter sisteminin köməyi ilə avtomobilə dəymiş zərəri qısa müddətə və yüksək keyifiyyətlə aradan qaldırmaq mümkündür.
Bütün işlər başa çatdırıldıqdan sonra avtomobilin təmirdən öncə və təmirdən sonrakı ölçüləri də daxil olmaqla görülmüş işləri özündə əks etdirən hesabatı da sizə təqdim edilir.
AvtoPark.az olaraq Sizin üçün daha yaxşı xidmət göstərmək üçün avtomobil alarkən və ya satarkən Sizi Performance Center şirkətinin peşəkar ustalarının məsləhətlərinə qulaq asmağınızı tövsiyə edirik.
Qeyd: AvtoPark.az saytından gəldiyini söyləyən hər bir avtomobil sahibinə güzəştlər tətbiq ediləcəkdir.
Siz avtomobilinizi PC şirkətində yoxlatdırdıqdan və nasazlıqları aradan qaldırıldıqdan sonra, elan bölməsində “avtomobil “Performance Center” şirkəti tərəfindən yoxlanılmışdır və keyfiyyətinə təminat verilir” ifadəsi ilə digərlərindən fərqlənəcəksiniz.
Ünvan: Bakı şəhəri, H. Zərdabi pr. 88
Tel: 012 / 050 433 48 88

